schwatech
complex simplicity
Layihələndirmə və Məhsul Təkmilləşdirmə

İdeya
Həllinə ehtiyac duyduğunuz problemi və ya həmin problemə düşündüyünüz həll yolunu tam sərbəst olaraq bizimlə bölüşə bilərsiniz. Əlbəttə ki, biz fikirlərinizin məxfiliyinə xüsusi həssaslıqla yanaşırıq. Buna görə də tərəflər arasındakı informasiyanın üçüncü tərəfə ötürülməməli olduğu ilə bağlı müqavilə imzalanır. Əlavə olaraq müqavilə imzalandığı təqdirdə bütün layihə və patentlərin sahibi siz olursunuz və bizdən hər hansı bir asılılığınız qalmır.

 

Araşdırma
Ərsəyə gələcək məhsulun nəyə xidmət edəcəyi, bazarda olan bənzər məhsullar, rəqiblərdən üstün edəcək xüsusiyyətləri və müştəri istəyi müəyyənləşdirilir, eləcə də istehsalat imkanları araşdırılır.
 

Konsept
Bu mərhələdə ideyanızın fundamental xarakteristikaları müəyyənləşdirilir. Bu xarakteristikalar ideyanın necə reallaşacağını dəqiqləşdirir, necə bir məhsul ərsəyə gələcəyini müəyyənləşdirir.
   

Dizayn və Simulyasiya
Məhsulun dizaynı, ideyaya uyğunluğu, tələblərinizə nə dərəcədə cavab verəcəyi, fərqli situasiyalara reaksiyası və s. kimi məlumatlar aydınlaşdırılır.  Simulyasiyalar məhsulun işləmə prinsipini öncədən görməyə və realda problem yarada biləcək məqamların aradan qaldırılmasına şərait yaradır.

 

Hesablamalar
Məhsulun ölçüləri, effektivliyi, faydalılığı, ehtiyac olacaq digər nüansların riyazi məqamları həll olunaraq təxmin olunan nəticələr rəqəmlərlə dəqiqləşdirilir.

 

Prototipləşdirmə
Prototip hazırlanması nümunənin real vəziyyətini görməyimizə səbəb olur. Bu aspektdən nəzəriyyənin real görüntüsü olaraq prototipləşdirmə önəmli nüanslardan biri olaraq xidmətlərimiz sırasındadır. 

 

Monitorinq
Bu mərhələdə prototipin hesablamalara uyğunluğu yoxlanılır, test olunaraq istifadəyə yararlılığı nəzərdən keçirilir. Hər hansı bir xəta baş verərsə yeni prototip nümunəsi hazırlanaraq öncəki nümunədəki problemlər həll olunur.

 

Təhvil və Təslim
Prototip monitorinq olunduqdan sonra sizə təhvil verilir. Bununla da siz ideyanızın real nümunəsini görə və istifadə edə bilərsiniz.