schwatech
complex simplicity

BİZ KİMİK?

Schwatech MMC mexatronika, robototexnika və avtomatlaşdırma sahəsində ixtisaslaşmış innovativ mühəndislik şirkətidir. Şirkətimizin adı “ə” hərfinin beynəlxalq fonetika standardlarında səslənməsi olan “Schwa” və texnologiya şirkəti olduğumuzu simvolizə edən “tech” hissələrindən ibarətdir. Qısaca adımız texnologiya sahəsində mühəndislik həlləri təklif edən Azərbaycan şirkəti olduğumuzu bildirir.

Mühəndislik insan ehtiyaclarına elmin tətbiqidir. Xüsusilə də son zamanlar texnologiyanın inkişafı sayəsində innovasiyalara tələbat artmışdır. Hazırki dövrdə innovasiya mexanika, elektronika və proqramlaşdırma olmadan mümkün deyil. Bu bölmələri əhatə edən mühəndislik sahələri isə mexatronika başlığı altında birləşir. Robototexnika və avtomatlaşdırma isə onun daha spesifik sahələri olaraq ixtisaslaşdığımız məqamlardandır.

 

MİSSİYAMIZ

Ehtiyac problemdən doğur. Ehtiyacı kifayət qədər həzm edib yaradıcı yanaşa bilən insanlarda isə ideya ərsəyə gəlir. Təbii ki, ideya əvəzolunmaz dəyərli ünsürdür. Lakin zamanında inkişaf etdirilmədiyi təqdirdə fayda əldə edilmir. Mühəndislik şirkəti olaraq bizim məqsədimiz ideya mərhələsindən kütləvi istehsala qədər aparan yolu ən müasir  üsullarla inşa etməkdir.

 

BAXIŞIMIZ

Kainatdakı qalaktikalar, qalaktikalardakı planetlər, kimyəvi elementlər, fiziki ötürmələr – bir sözlə, kompleks bir sistem. Buna baxmayaraq bu mürəkkəblik gözə sadə görünür. Məhz bu nöqtədən ilhamlanaraq şüarımızı “mürəkkəəb sadəlik” olaraq qəbul etmişik. Biz mühəndislik dedikdə yalnız problemi həll etmək haqqında düşünmürük, həm də burada ortaya çıxan mürəkkəbliyi istifadə üçün ən sadə hala gətiririk. Bunun sayəsində müştərilərimizə nə qədər kompleks həll təqdim etsək də onlar məhsulun sadəliyindən faydalana bilirlər.

 

İxtisaslaşdığımız Fəaliyyət Sahələri
Elektrik və daxili yanma motorları
Dinamik sistemlər (nəqliyyat, robot, avadanlıq)
Transmissiya sistemləri
Batareya sistemləri
İstehlakçı elektronikası
Elektronik dövrə dizaynı
Elektronika isitmə və soyutma sistemləri
Sayğac sistemləri
Sensor sistemləri
Yüksək və aşağı səviyyəli proqramlaşdırma
Naqilli və naqilsiz kommunikasiya sistemləri
Alternativ və yenilənə bilən enerji sistemləri
 

Partnyorlar